Ölkə

“Eko-Park”da Novruz Bayramı münasibətilə tədbir keçirilib

Metbuat.az

Bakı, 19 mart,

AZƏRTAC

Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyi ilə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvləri tərəfindən “Eko-Park”da “Novruz Bayramı - Milli Ekoloji Təqvimdə” adlı tədbir keçirilib.


SOCAR-ın mətbuat xidmətindən

AZƏRTAC

-a verilən məlumata görə, Novruz bayramı ərəfəsində gənclərin bir daha ekoloji problemlərin həllinə cəlb olunması məqsədi daşıyan tədbirdə şirkətin ekologiya idarəsinin rəisi Azər Əliyev iştirakçıları bahar bayramı münasibəti ilə təbrik edib, onlara xoş arzularını çatdırıb.


Sonra Novruzun personajları Bahar qızı, Kosa və Keçəl bayramın əsas məziyyətlərini çatdırıb, bayram tamaşası göstəriblər. Uşaqların ifasında ekoloji mövzuda müxtəlif bilməcələr, deyimlər, şeir və mahnılar səsləndirilib. Yaşıllıqların mühafizəsi, ağacların qorunmasına həsr olunmuş səhnəciklər maraqla qarşılanıb. Ekologiya idarəsinin istehsalat sahələrində çalışan əməkdaşlarına bayram sovqatı verilib, tədbir Novruz süfrəsi ətrafında davam etdirilib.