İqtisadiyyat
Əhalinin banklardakı əmanətlərinin həcmi 7,1 milyard manat olub
Bakı, 15 mart,
AZƏRTACBu il fevralın 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz artaraq 7,1 milyard manat təşkil edib.
Dövlət Statistika Komitəsindən
AZƏRTAC-a bildiriblər ki, əmanətlərin 4,3 milyard manatı və ya 60 faizi milli, 2,8 milyard manatı xarici valyutada qoyulub. Bu göstərici əvvəlki ildəkinə nisbətən 8,8 və 12,8 faiz artım deməkdir. Əmanətlərin 75,7 faizi özəl banklarda yerləşdirilib.