Maraqlı
Ədəbsiz selfi qadağan olunub
Tayland qəzetinin xəbərinə görə, Mədəniyyət Nazirliyi qadınların son zamanlarda çəkdirməyə başladığı “sinə selfisi”nin sosial şəbəkələrdə paylaşılmağını qadağan edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Nazirliyin rəsmisi qadınların bellərindən sinələrinə qədər olan hissəni çəkib paylaşmağı tay mədəniyyətinə mənfi təsir göstərdiyini deyərək qərara haqq qazandırıb.
Qeyd edək ki, Taylandda bu günlərdə Roongtawan Chaiha adlı internet fenomeni müsahibə verərək yarım milyondan çox izləyicisi olduğunu və çəkdiyi sinə selfilərinə görə reklamlar aldığını deyib. Müsahibə ölkədə birmənalı qarşılanmayıb, xeyli müzakirələrə səbəb olub. Qanunun da bu cür halların qarşısını almaq üçün verildiyi iddia olunur.
Milli.Az