Maraqlı
Dünyada ilk dəfə belə binalar tikiləcək - FOTO
Londondakı NBBJ memarlıq bürosu dünyada ilk dəfə olaraq ətrafına minimal kölgə salacaq göydələnlər layihəsi hazırlayıb.
Milli.Az Wired-ə istinadən bildirir ki, layihə aşağı mərtəbələrə doğru daralan və üzbəüz duran iki göydələnin inşasını nəzərdə tutur.
Göydələnlərdən biri gün ərzində Günəş şüalarını elə əks etdirir ki, onlar ikinci binanın kölgəsinə düşür. Bu zaman birinci göydələn "tam" kölgə salır.
Əks olunan işıq səpələndiyindən iki bina arasındakı ərazidə temperatur yüksək olmayacaq.
"No Shadows" adlı göydələnlərin konsepti "Rhinoceros" proqramı vasitəsilə hazırlanıb.
Onların Londonun Qrinviç səmtində, "O2 Arena"nın yaxınlığında tikilməsi planlaşdırılıb.
Milli.Az