Dünya səyahətinə çıxan isveçli cütlük Azərbaycanda - FOTO - VİDEO
Dünya səyahətinə çıxan isveçli cütlük dünən ölkəmizin cənub bölgəsində olublar. Onlarla Cəlilabad rayonunda yolda qarşılaşan əməkdaşlarımız söhbət edib, görüntüləri lentə alıblar.
Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, Cəlilabad rayonu ərazisindən keçib üzü cənuba istiqamət alan İsveç vətəndaşları olan
Fredvə
Bricidcütlüyü düz bir ildir ki, dünya səyahətinə çıxıb. Əsas minik vəsitələri velosiped olan cütlük bu müddət ərzində nə az, nə çox düz 18 ölkəni gəzib dolaşıb. On gündən yuxarıdır ki, ölkəmizdə olan turistlər fürsətdən istifadə edib Bakıda milli mətbəximizə daxil olan yeməklərdən də dadıblar.
Fered Herba: “Azərbaycanda insanlar çox səmimi və mehribandırlar. Məsələn, biz Bakıda biz bir ailədə 10 gün qaldıq, orada çox yeməklərin dadına baxdıq. Bunlardan pilov çox xoşumuza gəldi”.
60-a yaxın yaşları olmalarına baxmayaraq hər iki cütlük yol boyu hər hansı xəstəliyə tutulmadıqlarını deyirlər. Magistral yollarda hərəkətlərinin təhlükəsizliyinin təmin olunması üçün miniklərinin arxa hissəsinə xüsusi lentlər bağlayıblar. Elə buna görə də kilometrlərlə qət etdikləri yollarda kiçik qəza ilə belə qarşılaşmayıblar.
Fered Herba: “Biz ötən il may ayında səyahətə başladıq. Beləliklə, 10 aydır ki, yollardayıq. 11 min km yol getmişik və hələ də davam edirik. Hava günəşli, insanlar mehriban, hər şey yaxşıdır”.
Hər aya min avro xərcləyən səyahətçilər Çindən sonra Avstraliyaya keçməklə marşrutlarını orada başa vurmaq niyyətdədirlər.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.