İqtisadiyyat
Dünya birjalarında neftin qiyməti
Bakı, 31 mart,
AZƏRTACDünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar ucuzlaşaraq 48,68 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar azalaraq 56,29 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən
AZƏRTAC-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 2,29 dollar ucuzlaşaraq 57,27 dollar təşkil edib.