İqtisadiyyat
Dünya birjalarında neftin qiyməti
Bakı, 5 mart,
AZƏRTACDünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,01 dollar bahalaşaraq 51,53 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,47 dollar azalaraq 60,55 dollar olub.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsindən
AZƏRTAC-a verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında 1,85 dollar ucuzlaşaraq 61,33 dollar təşkil edib.