İqtisadiyyat

Dövlət reyestrlərinə daxil olunan məlumatların sayı 237-yə çatıb

Metbuat.az

Bakı, 14 mart,

AZƏRTAC

Martın 1-dək bütün qurumlar üzrə Fərdi Məlumatların İnformasiya Sistemləri və Dövlət İnformasiya Ehtiyatları Dövlət reyestrlərinə daxil olunan məlumatların sayı ümumilikdə 237 ədəd təşkil edib.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, bu rəqəm “Elektron hökumət” bülleteninin mart buraxılışında əksini tapıb. Məlumatlardan 158-i Fərdi Məlumatların İnformasiya Sistemləri, 79-u Dövlət İnformasiya Ehtiyatlarının payına düşür.


Fevral ayının 1-nə olan statistik göstərici ilə müqayisədə Fərdi Məlumatların İnformasiya Sistemləri Dövlət Reyestrinə daxil edilən məlumatların sayı 4 ədəd, Dövlət İnformasiya Ehtiyatları Dövlət Reyestrinə daxil edilən məlumatların sayı isə 1 ədəd artıb. Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 181-4-cü maddəsinə əsasən, fərdi məlumatlar haqqında qanunvericiliklə dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən informasiya sistemində fərdi məlumatların toplanılmasına və ya işlənilməsinə görə 300 manatdan 500 manatadək cərimə tətbiq edilir.