İqtisadiyyat

Dövlət Radiotezliklər İdarəsi Bişkekdə keçirilən radiorabitə üzrə regional seminarda təmsil olunur

Metbuat.az

Bakl, 3 mart,

AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Dövlət Radiotezliklər İdarəsinin (DRİ) nümayəndəsi Qırğızıstanın Bişkek şəhərində keçirilən Şərqi Avropa və MDB ölkələri üçün Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Radiorabitə üzrə regional seminarına qatılıb.


Dövlət Radiotezliklər İdarəsindən

AZƏRTAC

-a verilən məlumata görə, seminarda iştirak etmək üçün DRİ-nin beynəlxalq əlaqələr və koordinasiya şöbəsinin mühəndisi Nizami Abdullayev Qırğızıstana ezam edilib.


Martın 2-də işə başlayan seminar martın 6-dək davam edəcək.