İqtisadiyyat
Dövlət Neft Fondunda MHŞT-nin iclası keçirilib
Bakı, 12 mart,
AZƏRTACMartın 12-də Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib.
Fonddan
AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycanda keçirilən qiymətləndirmə prosesinin gedişatı, 2015-ci ilin iş planının layihəsi, “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü Çoxtərəfli Qrupunun idarəetmə üzrə qiymətləndirilməsi, Məhəkdaşının qorunması” hesabatı və digər məsələlər müzakirə olunub.