Dövlət müəssisələrində korporativ idarəetmə prinsiplərinin tətbiqinə dair təlim keçirilib
Bakı, 18 mart,
AZƏRTACİqtisadiyyat və Sənaye Nazirliyində "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"na uyğun olaraq, korporativ idarəetmə prinsiplərinin dövlət müəssisələrində tətbiqi ilə bağlı "Müşahidə (Direktorlar) Şurası və onun formalaşdırılması. Müstəqil direktorlar. Müşahidə Şurasının Komitələri" mövzusunda növbəti təlim keçirilib. Təlimdə 20-dən çox dövlət müəssisəsinin nümayəndəsi iştirak edib.
Nazirlikdən
AZƏRTAC-a bildiriblər ki, tədbirdə Müşahidə (Direktorlar) Şurasının səlahiyyətləri, strukturu və komitələri, həmçinin üzvlərin hüquq və vəzifələri barədə təlim iştirakçılarına məlumat verilib, müstəqil direktorların hüquqi statusu və onların şuranın fəaliyyətində rolu diqqətə çatdırılıb.
Təlimdə Müşahidə Şurası institutunun yaradılmasında mövcud beynəlxalq təcrübəyə dair fikir mübadiləsi aparılıb, təlim iştirakçılarının sualları cavablandırılıb.