Dünya
Mənbə
ANS PRESS
Donetskdə rus rublu rəsmi valyutaya çevrildi
Ukraynanın Donetsk vilayətində rus rublu rəsmi valyutaya çevrilib.
ANS PRESS-in məlumatına görə, ötən gündən başlayaraq bazar və mağazalarda malların qiyməti qrivna ilə yanaşı rubl ilə də müəyyən edilib.
Qondarma Donetsk Xalq Respublikası rəhbərliyi tədricən qrivni tədavüldən qaldıracaqlarını deyiblər. Aprel ayında başlayaraq, əmək haqları və təqaüdlər də rus rublu ilə ödəniləcək.
Mənbə
ANS PRESS