Ölkə

Dollar və avroda son vəziyyət

Metbuat.az

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub.



ANS PRESS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, 1 avro bir gündə 1,1416-dan 1.1395-ə qədər ucuzlaşıb.



ABŞ dollarının məzənnəsi isə manata nisbətdə dəyişməyib. Belə ki, 1 ABŞ dolları 1.0484 olaraq müəyyən edilib.



Rusiya rublunun kursunda da dəyişiklik qeydə alınmayıb. 1 rublun bu günə olan məzənnəsi 0.0181 olaraq müəyyən olunub.



Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 AZN təxminən 0, 78 ABŞ dolları idi.

Mənbə
ANS PRESS