Doktor Cahid Paksoy: “Azərbaycansız İpək Yolu yoxdur”
Uludağ , 13 mart,
AZƏRTACXəbər verdiyimiz kimi Türkiyənin Uludağ Qış Turizm Kompleksində keçirilən Uludağ İqtisadiyyat Sammitində “İpək Yolu canlanır: Çin-Türkiyə iqtisadi əlaqələrinin gələcəyi” mövzusuna iclas təşkil olunub. İclasın sədri iqtisadiyyat üzrə doktor Cahid Paksoy Azərbaycanın qədim İpək Yolundakı yeri və rolu barədə yüksək fikirlər səsləndirib. İpək Yolunun genişləndirilməsinin Azərbaycan-Türkiyə əlaqələrinə təsiri barədə
AZƏRTAC-ın müxbirinin sualını cavablandıran C.Paksoy deyib: “İpək Yolunun imkanları Azərbaycanla Türkiyənin beynəlxalq iqtisadi rəqabət məkanındakı mövqelərini durmandan möhkəmləndirir. Məntiqi olaraq ölkələrimizin ortaq maraqlarına xidmət edən birgə layihələr üçün zərurət yaranır və onlar həyata keçirilir. Ölkənin sürətli inkişafı, o cümlədən TANAP layihəsi Azərbaycanın İpək Yolundakı əhəmiyyətini daha da artırır. Həm coğrafi baxımdan, həm də iqtisadi imkanlar müstəvisində Azərbaycansız İpək Yolu yoxdur”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Uludağ