Ölkə

DİN Daşkəsəndəki qətllə bağllı məlumat yaydı

Metbuat.az

Daxili İşlər Nazirliyi Daşkəsəndə törədilən qətllə bağlı məlumat yayıb. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Samux rayon sakini Gülnarə Mirzəyevanı qətlə yetirmiş Ruslan Behbudzadə könüllü olaraq polis idarəsinə gələrək qətl törətməsini etiraf edib. Belə ki, o, martın 26-da qısqanclıq zəminində Samux rayon sakini Gülnarə Mirzəyevanı boğma yolu ilə qətlə yetirib cəsədini Daşkəsən rayonunun Xoşbulaq kəndinin meşə zolağında basdırıb.

Martın 29-da R.Behbudzadə könüllü olaraq Gəncə ŞBPİ-yə gələrək təslim olub

G.Mirzəyevanın meyiti equskumasiya edilib.

Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-cı maddəsi ilə cinayət işi başlanılıb. 

Araşdırmalar aparılır.