İqtisadiyyat

Dilarə Əliyeva küçəsində nəqliyyatın hərəkəti tam bərpa olunub

Metbuat.az

Bakı, 27 mart,

AZƏRTAC

Bakının Dilarə Əliyeva küçəsində təmir işləri başa çatıb və nəqliyyatın hərəkəti tam bərpa olunub.


Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev

AZƏRTAC

-a bildirib ki, Keykab Səfərəliyeva küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək olan 1370 metr hissədə beton səki daşları mərmər səki daşı ilə əvəzlənib. Yeni asfalt-beton örtük döşənərək yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri həyata keçirilib.