Ölkə
ANS PRESS
Dərmandan zəhərlənən Bakı sakini öldü
Bakıda iki nəfər dərmandan zəhərlənib.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, zəhərlənənlərdən birin dünyasını dəyişib.
Martın 5-də Binəqədi rayonu ərazisində yaşayan Emin Məmmədov dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Həkimlərin səyinə baxmayaraq Emin Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.
Bundan başqa, martın 5-də Səbail rayonu ərazisində yaşayan Nəhayət Nəbiyeva dərmandan zəhərlənib.
Onu ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
MənbəANS PRESS