Deputat öz toyunda oxudu - FOTOSESSİYA
Mariya Maksakova Duma başçısı Sergey Narışkinlə birgə Moiseyevin mahnısını oxudu
Rusiya Dövlət Dumasının deputatları 37 yaşlı
Mariya Maksakovavə 43 yaşlı
Denis Voronenkovbirgə evlilik həyatına qədəm qoyublar.
Anspress
-in məlumatına görə, Kutuzov nigah dairəsində qol çəkən cütlük ailə və dostların müşayiəti ilə Maksakova üçün ənənəvi yer olan Miçurin prospektindəki filarmoniyaya yola düşüblər.
Tarixi binanın içərisində cütlüyü artıq daha yüz qonaq gözləyirdi. Zalın qapıları açılır və məxsusi nikah üçün sifariş edilən sakura ağacı ilə bəzədilmiş zala deputat cütlük daxil olur.
Hansısa məqamda opera aktrisası insanların gözündən itir - pərdə arxasında donunu dəyişən Maksakova alqış sədaları altında yeni obrazla səhnəyə daxil olur. Alqışlar sakitləşəndən sonra Maksakova “Don Karlos” operasından “Fata ilə Eboli” ariyasını oxuyur.
Daha sonra səhnədə zarafatlarından qalmayan
Nikolay Baskovvə
İosif Kabzonçıxış edirlər.
Çıxışlardan sonra yenidən səhnəyə daxil olan gəlin tamaşaçılarla sirrini paylaşır. “Bu gün - 27 mart - anam və atamın evlilik ildönümüdür və mənim üçün çox vacib gündür”, - deyə opera müğənnisi bildirir. Bundan sonra Maksakov duma sədri
Sergey Narışkini çağırır və onunla birgə “Soyuq əlləri öpməyəcəm” mahnısını duet şəklində oxuyur. Bu çıxış Dövlət Dumasından olan qonaqlara daha çox təsir edir.
Milli.Az