İqtisadiyyat

“DəmirBank” manat əmanətləri üzrə faiz dərəcələrini artırdı

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

“DəmirBank” “Əmanət çeşidi” proqramı üzrə əhaliyə təklif edilən “Göy”, “Qırmızı”, “Sarı” və “Uşaq” əmanət növlərinin manat üzrə illik faiz dərəcələrini artırıb.


Bankdan

AZƏRTAC

-a bildiriblər ki, “Göy” əmanət növünün illik faiz dərəcəsi 17 faizədək, “Qırmızı” əmanət növünün illik faiz dərəcəsi 14 faizədək, “Sarı” əmanət növünün illik faiz dərəcəsi 11 faizədək, “Uşaq” əmanət növünün illik faiz dərəcəsi isə 12 faizədək artırılıb.


Qeyd edək ki, istənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək bank filiallarında əmanət hesabları açdıra bilər.


Ətraflı məlumatı (012) 149 Məlumat Mərkəzindən,

http://www.demirbank.az/?/az/

 və saytından

https://www.facebook.com/demirbank.az

 səhifəsindən əldə etmək olar.