İqtisadiyyat
“DəmirBank” “Göy” və “Qırmızı” əmanət növlərinin faiz dərəcələrini artırıb
Bakı, 12 mart,
AZƏRTAC“DəmirBank” “Əmanət çeşidi” proqramı üzrə əhaliyə təklif edilən “Göy” və “Qırmızı” əmanət növlərinin ABŞ valyutası üzrə illik faiz dərəcələrini artırıb.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, hazırda “Göy” əmanət növünün həm Azərbaycan, həm də ABŞ valyutası üzrə illik faiz dərəcələri ilə 13,5 faiz, “Qırmızı” əmanət növünün hər iki valyuta üzrə illik faiz dərəcələri isə 11 faiz təşkil edir.
Qeyd edək ki, istənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək bank filiallarında “Göy” və “Qırmızı” əmanət hesabları açdıra bilər. Maksimum 3 il müddətinə açılan “Göy” və “Qırmızı” əmanət növlərini manat, avro, İngiltərə funt-sterlinqi və ABŞ dolları valyutasında yerləşdirmək mümkündür.