İqtisadiyyat
“DəmirBank”dan xanımlara 8 faiz hədiyyə
Bakı, 4 mart,
AZƏRTAC“DəmirBank” 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə martın 6-dan 8-dək “DəmirTaksit” kartı ilə əməliyyat aparmış xanımların etdikləri bütün əməliyyat məbləğlərin 8 faizini hədiyyə olaraq onların balansına geri qaytaracaq.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, bununla yanaşı, bank xanımlara “DəmirTaksit” kartı üzrə limitsiz nağdılaşdırma imkanı da verəcək.
“DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.
Ətraflı məlumatı, bankın Məlumat Mərkəzindən (012) 149
www.demirbank.az saytından və ya www.facebook.com/demirbank.az səhifəsindən əldə etmək olar.