İqtisadiyyat

“Delta Telekom LTD”dən endirim aksiyası

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

“Delta Telekom LTD” MMM Novruz bayramı ərəfəsində növbəti endirim aksiyası elan edir.


Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, aksiyanın əsas məqsədi keyfiyyəti yüksəltməklə qiymətlərin aşağı salınmasıdır. Aksiya çərçivəsində “Delta Telekom LTD” MMM internet aylıq xidmət haqqını 10 faizdən 30 faizədək artıran müştərilərinə hər 1Mbit/saniyənin qiymətinə artım faizinə proporsional olaraq 10 faizdən 30 faizədək güzəştlər tətbiq edir. Güzəştlər yalnız 1 ay ərzində müraciət edən müştərilərə aid ediləcək.