Maraqlı
Dəhşətli qəzadan bir neçə an əvvəl - FOTO
Gənclərin sükan arxasında olduqları zaman mobil telefonla danışmaları və ya mesajlaşmaları nəticəsində törədilən yol qəzalarının sayında ciddi artım müşahidə olunur.
ABŞ-ın Yol Hərəkətinin Təhlükəsizliyinin təminatı üzrə Milli Administrasiyası (The National Highway Traffic Safety Administration) belə qəzalarla bağlı videokadrlar yayıb.
Milli.Az ABC-yə istinadən bildirir ki, həmin kadrlar avtomobillərdəki videoregistratorlarla çəkilib, qəzadan əvvəlki anları əks etdirir.
"AAA Foundation for Traffic Safety" yaydığı açıqlamada vurğulayır ki, yayılan 1700 videonun hamısında gənc sürücülər mobil telefonla danışır, mobil messencerlər vasitəsilə ismarıclar yollayır və yazır, sosial şəbəkələrdəki durumlarına nəzər salırlar.
Bütün bunlar isə qəzalara səbəb olur.
"Dəhşətli qəzadan bir neçə an əvvəl" adlanan videolar seriyası ABŞ yollarında sürücünün diqqətinin yayınması nəticəsində baş vermiş yol-nəqliyyat qəzalarının sayının azaldılması məqsədi daşıyır.
Belə qəzalar nəticəsində son 1 il ərzində ABŞ-da 383 min nəfər yaralanıb, 2865 nəfər həlak olub.
Milli.Az