Daşınmaz əmlak üzrə layihələrə çıxış "bir pəncərə" sistemi ilə mümkün olacaq
Bakı, 10 mart,
AZƏRTAC
Daşınmaz əmlakın elektron qeydiyyatı layihəsi vətəndaşlara müvafiq orqanlara baş çəkmək zərurəti olmadan onlayn-rejimdə kompleks xidmətlər almağa imkan verəcək.
AZƏRTAC
xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini Rafiq Cəlilov jurnalistlərə açıqlamasında bildirib.
“Hazırda daşınmaz əmlakın kadastrının rəqəmsal kartlarının yaradılması üzərində işlər aparılır, daşınmaz əmlak haqqında məlumat bazası elektron formata keçirilir, elektron qeydiyyat sistemi yaradılır və bu sahədə bir sıra digər vacib layihələr həyata keçirilir. Layihələrdən asılı olaraq, onlara çıxış "bir pəncərə" sistemi vasitəsi ilə mümkün olacaq ki, bu da əhaliyə göstərilən xidmətlərin səviyyəsini xeyli artırmağa xidmət edəcək. Bu gün Dövlət Komitəsinin saytında işə salınan elektron xidmətlərdən sutkanın 24 saatında istifadə etmək mümkündür", - deyə R. Cəlilov qeyd edib.