Maraqlı

Çoxdan gözlənilən Porsche 911 - FOTO

Metbuat.az

Cenevrədə çoxdan gözlənilən Porsche 911 GT3 RS modelinin təqdimatı keçirilib. Avtomobilin çəkisi yüngül, özü isə çox güclüdlür. Bu isə yekunda avtomobil həvskarlarını ağlasığmaz sürət göstəriciləri ilə sevindirməyə imkan verəcək.

 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, yüngül materiallardan istifadə edilməsi nəticəsində avtomobilin çəkisini 1420 kq-dək azaltmaq mümkün olub. Avtomobil aerodinamikliyi yaxşılaşdıran yenilənmiş bodi-kit əldə edib. Kapotun altında isə bu yaxınlarda işlənib hazırlanmış altı silindrli dördlitrlik atmosfer mühərriki yer alıb. Onun gücü 500 a.g., fırlanma anı 500 Nm bərabərdir.
 
Nəticədə Porsche 911 GT3 RS ilk 100 km/saat sürətlənməni 3,3 saniyəyə həyata keçirir. Maksimal sürət 322 km/saat təşkil edir.
 
Yeni model yaxın aylarda satışa çıxarılacaq. Almaniyada qiymət 181690 avrodan başlayacaq.
 
Milli.Az