Dünya

​Con Kerri və Sergey Lavrov İranın nüvə proqramını müzakirə edib

Metbuat.az

Bakı. 20 mart. REPORT.AZ/ Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın dövlət katibi ilə telefonda İranın nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanması üzrə hərtərəfli sazişin hazırlanması barədə beynəlxalq danışıqların gedişini müzakirə edib.


“Report” xəbər verir ki, Rusiya Federasiyası

Xarici İşlər Nazirliyi

nin mətbuat xidmətinin məlumatına görə, söhbət Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.


Bundan əvvəl məlum olub ki, rusiyalı jurnalistlər İsveçrədə İranın nüvə proqramı ilə bağlı danışıqlara buraxılmayıblar. Bildirilib ki, Rusiya jurnalistləri bu mövzunu işıqlandırmaq üçün əngəllənmiş ölkələr siyahısına daxil edilib.