Dünya
Con Kerri: “İranla danışıqlarda müəyyən irəliləyiş əldə edilib”
[ 14 Mart 2015 13:41 ]
Bakı - APA. “Altılıq” ölkələri İranın nüvə problemi ilə bağlı aparılan danışıqlarda müəyyən tərəqqi əldə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri Şarm-əl-Şeyxə səfəri zamanı deyib. Lakin o bildirib ki, irəliləyişlərə baxmayaraq, müəyyən vacib məsələlərdə boşluqlar qalır.