Maraqlı
Citroen fərqli sedanı sınayır - FOTO
Fotocasuslar qış sınaqları zamanı naməlum Citroen modelinin şəkillərini çəkməyə müvəffəq olublar. Sedan kuzovlu avtomobil qalın örtük altında gizlədilib. Hələlik bu maşın haqqında rəsmi məlumat yoxdur.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, fotoşəkillərdə, çox güman ki, C4 Lounge (C4 L) modelinin Avropa versiyasıdır. Bu sedan artıq Braziliya, Çin, Argentina və Rusiyada satılmaqdadır. Lakin qeyd edilir ki, maşının Avropa üçün yeni modifikasiyası yeni texniki tərkibə sahib olacaq. Yeni modelin əsas rəqibi Dacia Logan hesab edilir.
Yeni model Peugeot 308 Sedan ilə Emp2 platformasını bölüşəcək. Lakin bu məlumat rəsmi təsdiqlənməyib. Avtomobil bu ilin sentyabrında Frankfurt avtosalonunda debüt edə bilər.
Milli.Az