Dünya

Çində dəhşətli avtomobil qəzası baş verib

Metbuat.az

Bakı, 8 mart,

AZƏRTAC


Çinin Qiyçjou əyalətində dəhşətli avtomobil qəzası baş verib.


AZƏRTAC

TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Soçjay kəndi yaxınlığında yük avtomobilinin aşması nəticəsində 11 nəfər ölüb, 19 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Polis hadisə ilə bağlı araşdırma aparır.