İqtisadiyyat

"Çilov" yatağında yeni quyu

Metbuat.az

Azərbaycan, Bakı, 12 mart /Trend/

“Çilov” yatağındakı 112 nömrəli stasionar dəniz özülündən qazılmış 112 nömrəli quyu istismara verilib.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qala Lay Dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib, 1555-1514 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Qeyd edək ki, quyu “28 May” adına NQÇİ-nin sifarişi ilə qazılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az