İqtisadiyyat

“Çilov” yatağında istismara verilən quyudan sutkada 15 ton neft hasil olunur

Metbuat.az

Bakı, 12 mart,

AZƏRTAC

“Çilov” yatağındakı 112 nömrəli stasionar dəniz özülündən qazılmış 112 nömrəli quyu istismara verilib. Kompleks qazma işləri tresti tərəfindən qala lay dəstəsinə qazılmış quyu fontan üsulu ilə məhsul verib. “28 May” adına neft və qazçıxarma idarəsinin sifarişi ilə qazılan quyu 1555-1514 metr intervaldan sutkalıq 15 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.


Bu barədə

AZƏRTAC

-a Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.