Dünya

Çexlərin Putin sevgisi

Metbuat.az

Çexiya Prezidenti Miloş Zeman Qələbənin 70-illiyi münasibəti ilə Moskvada keçiriləcək pardda iştirak edəcək. O, ölkəsinin faşizmdən azad olunması üçün minnətdarlıq ifadə etmək üçün bu addımı atacaq.



ANS PRESS-in məlumatına görə, dövlət başçısı Praqa radiostansiyasına müsahibəsində deyib ki, SSRİ-siz Hitlerə qalib gəlmək mümkün deyildi: "Mən ora minnətdarlıq əlaməti olaraq gedirəm. Ona görə ki, Çexiyada biz almanca danışmamalıyıq: "Çexlər "yəhudilərdən dərhal sonra" İkinci Dünya müharibəsi zamanı qırıla bilirdilər. Bu qələbə 20 milyon sovet insanının həlak olması ilə başa gəldi."



M.Zeman Almaniya kansleri Angela Merkelin mayın 9-da Moskvaya gəlməməsini siyasi hiylə adlandırıb: "Almaniya kansleri mayın 10-da Rusiya paytaxtına gələcək. Düşünürəm ki, A.Merkel Rusiya prezidenti ilə danışıqlara daha çox vaxt ayırmaq üçün Moskvaya bir gün sonra gedəcək. Çünki parad keçirilən gün xarici dövlət liderlərinin Vladimir Putinlə danışıqlar aparmaq imkanı olmayacaq."


Mənbə
ANS PRESS