İqtisadiyyat
AZƏRTAC
“Caspian Energy” jurnalının 100-cü buraxılışı 2016-cı ildə işıq üzü görəcək
Bakı, 11 mart, Nihat Budaqov,
AZƏRTAC“Caspian Energy” jurnalının 100-cü buraxılışı 2016-cı ildə işıq üzü görəcək. Bu münasibətilə dövlət səviyyəli beynəlxalq tədbir təşkil olunacaq. Həmin tədbirin gələn ilin aprelində keçirilməsi planlaşdırılıb.
AZƏRTAC
xəbər verir ki, bu barədə Bakıda keçirilən III Beynəlxalq “Caspian Energy Forum–2015”dəki çıxışı zamanı “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev məlumat verib.