İqtisadiyyat

Cahangir Hacıyev vəzifəsindən azad edildi

Metbuat.az

18 mart 2015-ci il tarixində Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının iclası keçirilib.



Bankdan Milli.Az-a verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankının iclasda Bankın İdarə Heyətinin sədri

Cahangir Hacıyev

in səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.



İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.



Azərbaycan dövlətini Bankda təmsil edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirib.



Milli.Az