İqtisadiyyat
Milli.Az
Cahangir Hacıyev niyə istefa verdi? - RƏY
İqtisadçı
Samir Əliyev Cahangir Hacıyevin səhhəti ilə əlaqədar Azərbaycan Beynəlxalq Bankın İdarə Heyətinin sədri vəzifəsindən istefa verməsini şərh etdi.
Milli.Az xəbər verir ki, S.Əliyev bununla bağlı şəhsi Facebook səhifəsində qeyd edib:
"Azərbaycanın ən böyük bankı olan Beynəlxalq Bankının çoxlu problemləri var. Problemli kreditlərin həcmi həddindən artıq şişib. Bankın problemi devalvasiyadan sonra xüsusilə təhlükəli həddə çatıb. Görünür, Cahangir Hacıyevin istefaya göndərilməsində əsas səbəb bankın düşdüyü indiki ağır durumdur.
Digər versiyam yoxdur hələ ki..."
Milli.Az