İqtisadiyyat

Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankının prezidenti vəzifəsindən istefa verib

Metbuat.az

Bakı. 18 mart. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının Müşahidə Şurasının 18 mart 2015-ci il tarixində keçirilmiş iclasında Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barəsində ərizəsi təmin edilib.


"Report" Beynəlxalq Bankının rəsmi saytına istinadən xəbər verir ki, İdarə Heyəti sədrinin vəzifəsinin müvəqqəti icrası İdarə heyəti sədrinin birinci müavini Emil Mustafayevə həvalə edilib.


Azərbaycan dövlətini Bankda təmsil edən Azərbaycan Respublikasının

Maliyyə Nazirliyi

həmin iclasda ölkənin ən iri bankının inkişafına gələcəkdə də tam dəstək olacağını bildirmişdir.