Dünya
Çad və Niger hərbçiləri "Boko Haram"ın 200 yaraqlısını öldürüblər
[ 09 Mart 2015 18:35 ]
Bakı - APA. Çad və Niger hərbçilərinin birgə əməliyyatı çərçivəsində "Boko Haram" terrorçu qruplaşmasının 200 yaraqlısı öldürülüb.
APA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, hərbi əməliyyat ötən ilin noyabr ayından etibarən yaraqlıların nəzarətində olan Damasak şəhərinin silahlılardan təmizlənməsi üçün həyata keçirilib.