Dünya

Bundan sonra Obamanı belə qoruyacaqlar

Metbuat.az

ABŞ-ın məxfi xidmət orqanları hakimiyyətdən Vaşinqtonda yerləşən Ağ Evin eynisinin tikintisinə 8 milyon dollar ayırmağını tələb edib.



ANS PRESS-in məlumatına görə, bu haqda Agence France-Presse bildirib.



Yeni Ağ Ev binasının tikilməsi prezidentin iqamətgahına edilən son hücumlardan sonra gündəmə gəlib.



Eyni binanın tikilməsində məqsəd mümkün hüvumların qarşısını almaqdır və məxfi xidmət orqanlarının təlimləri üçün istifadə olunacaq.



Ağ Evin binasının eynisinin Merilend ştatında tikilməsi planlaşdırılır.

Mənbə
ANS PRESS