Ölkə

Bulvarda həyəcanlı anlar

Metbuat.az

Dənizkənarı Milli Parkda naməlum kişi intihara cəhd edib.



ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər kişi intihar etmək məqsədilə özünü dənizə atıb.



Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.

Mənbə
ANS PRESS