Ölkə

Bu yolda təmir başa çatdı (FOTO, VİDEO)

Metbuat.az

Heydər Əliyev prospektinin köməkçi hissəsində nəzərdə tutulan işlər yekunlaşıb.



ANS PRESS-in məlumatına görə, Heydər Əliyev prospektinin köməkçi hissənin Böyük Şor qovşağından Ramstor qovşağına qədər olan sahəsində dünən gecə saat 21:00-dan başlayan işlər gecə saat 3-4 radələrində başa çatdırılıb.



Görülən işlər çərçivəsində köməkçi tunelin rənglənməsi, yolun hərəkət hissəsinin üfüqi nişanlanması, eyni zamanda Heydər Əliyev Mərkəzinin qarşısından Ramstor qovşağına qədər olan 200 metrlik hissə 4,5 m enində genişləndirilib.



Yolun bu hissəsinin genişləndirilməsi köməkçi hissədən əsas yol keçən sahədə tıxacların aradan qaldırılmasına hesablanıb.













Mənbə
ANS PRESS