Bu rəqsi heç zaman unutmayacaqlar - VİDEO
Balinaların qorunması üzrə layihənin banilərindən olan
Gerşvin Kolombmaraqlı hekayət danışıb.
Milli.Az
KP-yə istinadən bildirir ki, hadisə 2011-ci ildə Kaliforniya körfəzində (Kortes dənizində) olub. Bir qrup ekoloq suyun üzərində həyat əlamətləri olmayan qozbel balina görüblər. Qrupun rəhbəri
Maykl Fişbaxsuya tullanıb, nəhəngin ətrafında üzərkən görüb ki, balinanın quyruğu ilə üzgəclərinə balıqçı toru dolaşıb.
Nəhəng məməlinin Bu vəziyyətdə nə qədər qaldığı məlum deyildi. Amma bunu fikirləşməyə vaxt da yoxdu. Xilasedicilər toru bıçaqlarla kəsməyə başlayıblar. Tordan qurtulduqca balina cana gəlib.
Onu tam xilas etdikdən sonra gördükləri isə ekoloqları heyrətləndirib. Düz 40 dəqiqə müddətində nəhəng qozbel balina sudan tullanaraq sevincini bildirib.
Xilasedicilər də bunu "təşəkkür rəqsi" adlandırıblar.
Milli.Az