Maraqlı

Bu qəpik 200 milyon faiz bahalaşdı

Metbuat.az
ABŞ-da hərraca çıxarılan 1 sentlik sikkəyə 2 milyon dollar qiymət qoydular

Milli.Az

İnterfax

-a istinadən bildirir ki, Baltimor şəhərində hərraca çıxarılan qəpik müstəmləkə dövrünə aiddir.



Stack’s Bowers hərrac evi 1792-ci ildə buraxılmış qəpiyə ilkin olaraq 2 milyon dollar qiymət qoyub. Beləliklə, son 223 il ərzində 1-sentlik 200 milyon faiz bahalaşıb.



Hərrac martın 26-da keçiriləcək.



1792-ci ildə buraxılan nümunə 1-sentlik "Birch Cent" adlandırılan 7 qəpikdən biridir.


Qəpiyin bir üzündə azadlığı simvolizə edən saçı dalğalanan qadın, "Azadlıq - elmin və sənayenin valideynidir" devizi, digər üzündə isə dəyəri həkk olunub.


 


ABŞ Senatı təkid edib ki, qadın şəklinin yerinə o vaxt prezident olan Corc Vaşinqtonun profili həkk olunsun, amma sonra bu ideyadan daşınıb.



Bu qəpiklərdən biri yanvar ayında hərracda 2,585 milyon dollara satılıb.



Milli.Az