Maraqlı
Milli.Az
Bu qadın 51 yaşında ana olmaq istəyir - FOTO
"Gözəl bədən" ləqəbli model 3-cü övlad arzusundadır
Dünyanın ən yaşlı modellərindən biri ana olmaq istəyir.
Milli.Az anspress-ə istinadən xəbər verir ki, "gözəl bədən" kimi tanınan məşhur model 51 yaşlı
Ell Makfersonüçüncü dəfə ana olmaq niyyətindədir.
Avstraliyada yayımlanan jurnalın iddiasına görə, Makferson ilə milyarder əri
Cefri Sofferövlad sahibi olmaq üçün plan qururlar. Cütlük övlada surroqat ana vasitəsilə sahib olacaq.
Onlar təbii yolla uşaq sahibi olmaq istəsələr də uğurlu nəticə əldə edə bilməyiblər. Uşaq övladlığa götürmək istəməyən model sonda surroqat ana yolunu seçib.
Surroqat ananın 30 yaşında olduğu məlum olsa da onun haqqında başqa informasiya verilmir.
45 yaşlı Ceffri ilə 51 yaşlı Ell Makferson 2013-cü ildə Fici adasında ailə qurublar. Onların hərəsinin əvvəllki nikahlarından iki övladı var.
Milli.Az