Ölkə

Bu layihə biz məktəblilərə ölkəmizi daha yaxından tanımağa imkan yaradır

Metbuat.az

Şəki, 20 mart, Mustafa Dadaşov,

AZƏRTAC

“Ölkəmizi tanıyaq” tur-aksiyası məktəblilərin dünyagörüşlərinin zənginləşməsinə, ölkəmiz haqqında biliklərinin artmasına yaxşı təsir göstərir. Layihədə iştirak etdiyimə görə özümü xoşbəxt sanıram. Bu layihə sayəsində ölkəmizin qədim yaşayış məskənləri ilə, tarixi məkanları ilə tanış olmaq imkanı əldə etdim. Doğma Vətənimizin gözəlliklərini öz gözlərimlə gördüm.


Bu fikirləri tur-aksiyanın iştirakçısı, Naxçıvan şəhərindəki 6 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi İnci Heydərli Şəkidə

AZƏRTAC

-a müsahibəsində söyləyib


Şimal-qərb bölgəsinə ekskursiya ilə bağlı təəssüratlarını bölüşən Naxçıvan məktəblisi daha sonra deyib: “Şəki barədə kitablardan, dərsliklərdən müəyyən qədər məlumat əldə etmişdim. Şəki xanlarının sarayını görmək çoxdankı arzum idi. “Ölkəmizi tanıyaq” layihəsi sayəsində bu arzuma qovuşdum. Bu saray, həqiqətən də, çox möhtəşəm və təkrarolunmaz abidədir”.


Tur-aksiyanın iştirakçısı onlara bu şəraiti yaratdığına görə Naxçıvan məktəbliləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildiriblər.