İqtisadiyyat
AZƏRTAC
Bu il Petkim yarımadasında ilk külək elektrik stansiyasının tikintisinə başlanılacaq
Bakı, 10 mart, Nihat Budaqov,
AZƏRTACBu il Petkim yarımadasında ilk külək elektrik stansiyasının (KES) tikintisinə başlanılacaq. KES-in birinci mərhələsi başa çatdıqdan sonra stansiya Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə ən böyük aktivi “Petkim”in elektrik enerjisinə olan tələbatının 12 faizini ödəyəcək.
AZƏRTAC
xəbər verir ki, bu sözləri “Petkim Petrokimya Holding A.Ş.”nin baş direktoru Sadəddin Qorqud deyib. S.Qorqud bildirib ki, külək elektrik stansiyasının tikintisinin 2015-ci ilin sonlarında tamamlanması planlaşdırılır.