Ölkə
AZƏRTAC
Bu il Naxçıvanda 540 hektar ərazidə yaşıllaşdırma işləri aparılacaq
Naxçıvan, 16 mart, Rauf Əliyev,
AZƏRTACBu il Naxçıvan Muxtar Respublikasında meşə fondu torpaqları, magistral avtomobil yollarının ətrafı, yarımsəhra və səhralaşmaya meyilli ərazilər də daxil olmaqla, 540 hektar sahədə yaşıllaşdırma tədbirlərinin görülməsi nəzərdə tutulub. Həmin sahələrin 200 hektarında meyvə ağacları əkiləcək.
AZƏRTAC
xəbər verir ki, artıq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ağac əkinlərinin aparılmasına başlanılıb.
Xatırladaq ki, ötən il muxtar respublikada 536,5 hektar sahədə yaşıllaşdırma tədbirləri həyata keçirilib. Bu tədbirlər zamanı 440 min 700-dən çox ağac və bəzək kolları əkilib.