BŞİH mitinqə icazə vermədi
Mətbuatda Milli Şuranın 15 mart mitinqi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciət Milli Şuranın 15 martda keçirmək istədiyi mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətə cavab verilib. BŞİH təşkilatçılara mitinqi martın 22-də keçirməyi tövsiyə edib.
Lent.az aznews.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Milli Şuranın sədri Cəmil Həsənli öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, BŞİH stadiondakı təmir işlərini əsas gətirərək mitinqin martın 15-ndə keçirilməsinə icazə verməyib və vaxtını 22-nə keçirməyi tövsiyə edib. “Bakı Şəhər İcra Hakimiyyəti iki gündür saxtadır, bizim adımızdan yayılmayıb dediyi cavab məktubunu nəhayətdə bizə də göndərdi və bütün bunların qurama, vaxt uzatmaq, həvəsdən düşməmiz üçün bəhanə olduğunu göstərmiş oldu. Bir sözlə heç bir səbəb olmadan, insanların marağından çəkinərək məktubda qeyd olunduğu kimi stadiondakı təmiri bəhanə gətirərək mitinqin 15 martda keçirilməsinə icazə vermədi. Əsaslandırmadan mitinqin 22 martda keçirilməsini daha uyğun saydı”.
Cəmil Həsənli Mitinqin dəqiq vaxtı ilə bağlı Milli Şurada aparılacaq müzakirələrdən sonra qərar veriləcəyini, mitinqin 29 martda və ya aprel ayında təşkil olunacağını qeyd edib.