Dünya
Britaniya Suriyada tələyə düşür
Britaniya "Suriyanın mötədil müxalifət qüvvələrinə" hərbi təlim keçəcək, Müdafiə Katibi Michael Fallon bunu təsdiqləyib.
Təxminən 75 təlimçi və qərargah işçisi kiçik silahlar, piyada qoşunlar taktikası və müalicə ilə bağlı təlimlər keçirəcək.
Təlimlər Türkiyədə, ABŞ-ın proqramı çərçivəsində keçiriləcək.
Cənab Fallon deyib ki, İslam Dövlətini (İD) ancaq Suriya və İraqdakı yerli qüvvələr məğlub edə bilər.
Milli.Az BBC-yə istinadən bildirir ki, bu arada bir qrup britaniyalı millət vəkilləri xəbərdarlıq edib ki, İD qruplaşmasına qoşulmaq məqsədilə ölkəni tərk edənlərin qarşısını almaq üçün Birləşmiş Krallıq kifayət qədər tədbirlər görmür.
Britaniya onların "qəlblərini və düşüncələrini" fəth etməlidir, Daxili İşlər üzrə Parlament Komitəsinin sədri Keith Vaz deyir.
Milli.Az