Dünya

Britaniya şahzadəsi Afrikanı qoruyacaq (FOTO)

Metbuat.az

Böyük Britaniya şahzadəsi Harri Afrikada könüllü olaraq işləyəcək.



ANS PRESS-in məlumatına görə, şahzadə ordudakı 10 illik fəaliyyətinə son verib Afrikada ətrafı mühafizə proqramında iştirak edəcək. O, mərkəzi və Cənubi Afrikada işlədikdən sonra İngiltərə ordusunun xəstə və yaralı üzvlərinə xidmət edən proqramına da qatılacaq.



Orduda leytenant olaraq fəaliyyət göstərən şahzadə Əfqanıstanda da iki dəfə müharibədə olub. O, müharibələrdə helikopterlərdə köməkçi pilot və nişançı olaraq iştirak edib.



Qeyd edək ki, şahzadə Harri və atası Çarlz aprelin 24-də və 25-də Türkiyədə Çanaqqala döyüşünün anma mərasimində iştirak edəcəklər.







Mənbə
ANS PRESS