İqtisadiyyat

Brent markalı neftin qiyməti 54 dollara enib

Metbuat.az

[ 16 Mart 2015 09:04 ]



Bakı. Yeganə Laçınzadə - APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 44,33 dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,36 dollar ucuzlaşaraq 54,31 dollar olub.